Türkiyəli prof. Canan Karatay izah etdi ki, müəyyən qidaları istehlak etməklə xoşbəxtlik hormonlarının ifrazını artırmaq mümkündür.
Medicina.az xəbər verir ki, insanların enerji səviyyəsi gün ərzində sürətlə aşağı düşə bilər. Bu, sıx iş qrafiki və ya mövcud həyat şəraiti səbəbindən baş verər. İstehlak edilən hər bir qida bədən sağlamlığı üçün son dərəcə vacibdir. Sağlam və müntəzəm qidalanma vərdişlərinə yiyələnmək bədən sağlamlığını qorumağa və bir çox xəstəlik riskini azaltmağa kömək edir. Bu məsələlərlə bağlı tez-tez açıqlamalar verən Canan Karatay, xoşbəxtliyə xoşbəxtlik hormonlarını ifraz etməklə enerji səviyyəsini artıran 4 qida ilə nail olmaq mümkün olduğunu izah etdi.
Prof. Dr. Canan Karatay evdə hazırlanmış turşu, şalğam suyu, sirkə və qatığın xoşbəxtlik hormonları istehsal etdiyini bildirdi:
"Turşu, şalğam suyu, sirkə və qatıq kimi qidalar tərkibindəki faydalı mikroorqanizmlər sayəsində bağırsaq florasını tənzimləyir və serotonin hormonu istehsalını artırır, xoşbəxtlik hissi yaradır. Buna görə də, bu qidaları istehlak etmək yalnız sağlamlığımız üçün deyil, həm də əhval-ruhiyyəmiz üçün vacibdir".
Canan Karatay açıqlamalarında bu məhsulların emal olunmuş qidalardan daha sağlam olduğunu vurğuladı:
"Ev şəraitində hazırlanan bu qidalar tamamilə nəzarət altında saxlanıla və heç bir konservant və ya qatqı əlavə edilmədən hazırlana bilər. Bu, sağlamlığımız üçün daha faydalıdır."
Aygün
Medicina.az