Bu qız 2 ildir heç nə yemir

  • 2020.12.01 19:25
  • 1345 Baxış
Bu qız 2 ildir heç nə yemir

20 yaşlı britaniyalı Loren bir ildir heç bir qidanı yeyə bilmir. O istənilən qidanı yeyən kimi qırmızı ləkələrlə örtülür, nəbzi sürətlənir, huşunu itirir.


Medicina.az xəbər verir ki, o hətta yeməyin qoxusundan belə anaflaktik şoka girə bilər.

Qızda nadir genetik immun xəstəlik var, bu zaman allergik reaksiya 90 faiz qidalara yaranır.
Lorenin xəstəliyi tədricən inkişaf edib.

2 il əvvəl onun allergiyası 10 qidaya idi, o toyuq, düyü, kartof, kök yeyə bilmirdi.
Sonradan reaksiya kəskinləşdi.

Qızı qidalandırmaq üçün onun mədəsinə zond yerləşdirdilər. Lakin zondla da mədəyə düşən qida reaksiya verdi. O zaman həkimlər zondu ürəyin içərindən keçirməyə məcbur oldular.


Hazırda Amerikada bu xəstəlik üçün hazırlanan yeni preparata ümidli olan qız nə vaxt normal yemək yeyəcəyi günü gözləyir.