Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu rayonda 493 nəfər qızılca olub

  • 2024.02.12 16:44
  • 1193 Baxış
Bu rayonda 493 nəfər qızılca olub

Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır.


"Medicina" xəbər verir ki, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub.

Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir.

Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur.

Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub.

Bu rayonda hər gün 10-15 nəfər qızılcaya yoluxur.