Bu rayonlara hələ də qar yağır - FAKTİKİ HAVA

  • 2021.02.25 17:16
  • 1686 Baxış
Bu rayonlara hələ də qar yağır -  FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Medicina.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, saat 17:00-a olan məlumata əsasən əksər rayonlarda yağıntılar kəsib, lakin Lənkəran, Astarada qar yağmaqda davam edir.

Havanın temperaturu Bakıda 0, Maştağa, Binədə 1, Sumqayıtda 2 dərəcə isti qeydə alınıb.