Bu temperaturda yüksək təzyiq xəstələri çölə çıxmamalıdır

  • 2026.07.17 18:26
  • 99 Baxış
Bu temperaturda yüksək təzyiq xəstələri çölə çıxmamalıdır

Yüksək təzyiqdən əziyyət çəkən şəxslər üçün yay istisi ciddi təhlükə yarada bilər.

Medicina.az xəbər verir ki, kardioloq Jan-Fransua Renüççi hava temperaturu 30–35°C-dən yuxarı olduqda mümkün qədər evdə qalmağın daha təhlükəsiz olduğunu bildirir.

Həkimin sözlərinə görə, güclü istilər ürəyin işini ağırlaşdırır, orqanizmdə susuzlaşma, başgicəllənmə və halsızlıq yarada bilər. Tərləmənin dayanması və qəfil özünü pis hiss etmək isə təhlükəli əlamətlərdir və dərhal tibbi yardım tələb edə bilər.

Mütəxəssislər yüksək təzyiq xəstələrinə bol su içməyi, günün ən isti saatlarında çölə çıxmamağı, məcbur qaldıqda isə bunu səhər tezdən və ya axşam saatlarında etməyi tövsiyə edirlər.

Xanım,
Medicina.az