Bu tibb müəssisələri korona xəstələrinin qəbulunu dayandırdı

  • 2021.09.30 09:48
  • 1159 Baxış
Bu tibb müəssisələri korona xəstələrinin qəbulunu  dayandırdı
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası fəaliyyətini yenidən ənənəvi qaydada davam etdirəcək.

Medicina.az xəbər verir ki, bunu açıqlamasında Klinikanın direktoru Surxay Musayev deyib:

“2020-ci ilin martından etibarən klinikamız mütəmadi olaraq koronavirus xəstələrinin müalicəsi üçün bağlanıb. Bu yaxınlarda biz yenidən hökumətin qərarı ilə çeşidləmə klinikası kimi koronavirusa yoluxmuş xəstələrlə məşğul olmağa başladıq. Artıq 2 gündür ki, bu məsələ də bizim tərəfimizdən başa çatdırılıb və onların çeşidlənərək digər qeyri-covid və ya koronavirusla mübarizə aparan xəstəxanalara, modul xəstəxanalarına köçürülməsini təmin etmişik. Klinikada dezinfeksiya işləri aparılıb və biz tələbələrimizi də, xəstələrimizi də qəbul etməyə hazırıq”.

Xatırladaq ki, klinika ölkədə pandemiya ilə mübarizə çərçivəsində koronavirus xəstəxanasına çevrilmişdi və fəaliyyətini bu istiqamətdə təşkil etmişdi.

Daha bir tibb ocağı, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX) da digər xəstələrin qəbulu üçün fəaliyyətini yenidən bərpa edib.


Artıq tibb müəssisəsində digər pasiyentlərin qəbuluna başlanılıb.

Qeyd edək ki, Cəlilabad RMX Azərbaycanda pandemiyanın başladığı ilk günlərdən etibarən koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərib.