Bu universitetdə koronavirus aşkarlandı

  • 2021.10.18 15:35
  • 1248 Baxış
Bu universitetdə koronavirus aşkarlandı

Azərbaycan Texniki Universitetində ötən həftəsonu üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb.

Medicina.az xəbər verir ki, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

AzTU dan verilən məlumatda bildirilib ki, virusa yoluxan tələbələr normaldır. 14 gün sonra qruplar bərpa ediləcək.