Bu vitamin haqqında az danışırlar - Çatışmazlığı xərçəng yaradır- ƏLAMƏTLƏR

  • 2021.05.14 16:32
  • 2649 Baxış
Bu vitamin haqqında az danışırlar -  Çatışmazlığı xərçəng yaradır- ƏLAMƏTLƏR
Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindir. O, nazik bağırsaqda sovrulur, qaraciyərdə toplanır. Orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən insanda çatışmaya bilər:

-Qidada çatışmamazlıq
-Bağırsaqda sovrulmasının pozulması
-Qaracyər xəstəlikləri olanlar

Medicina.az həkimlərin belə az xatırlatdığı K vitamini əskikliyinin orqanizm üçün hansı fəsadlara yol açdığını araşdırıb:

Kimlər risk altındadır:

-Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə

-Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda

-Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin

-Hepatit, sirroz

-Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir.

-Zərərli və zəif qidalanma


Vitamin K-nın orqanizmdə rolu:

-Qanın sovrulmasını təmin edir

-Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması

-Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır

-Sümük və daxili orqanların toxumasını təşkil edir

-Qan damarlarının funksiyası

-Mədə-bağırsağın peristaltikası

-Kalsiumun mənimsənilməsi

-Reproduktiv orqanlar üçün

-İnsanı onkoloji xəstəliklərdən qoruyur

-Orqanizmi qocalıqdan qoruyur


Əsas simptomlar:

-Hemorragik sindrom – burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur

- Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur

-Yenidoğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər

Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır.


Müalicəsi

-Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir

-Dieta – K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır

K vitamini ilə zəngin qidalar:

Yaşıl çay içmək – hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için

Yaşıl çayda sutkalıq K vitamini var.

İspanaq – bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz.

Baş soğan – təzəsini yeyin

Meyvələrdən – kivi, kök, armud, üzüm, almada var.

K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin.