Bu vitaminin defisiti insanı tez qocaldır

  • 2021.05.19 17:37
  • 2023 Baxış
Bu vitaminin defisiti insanı tez qocaldır
Erkən qocalmanın bir səbəbini də alimlər orqanizmdə K vitamininin çatışmazlığında olduğunu açıqlayıb.

Medicina.az xəbər verir ki, rusiyalı həkim İnna Piçuqina K vitamininin ağ qan hüceyrələrinin yaranmasında iştirak etdiyini bildirib.

Sümüklərin, birləşdirici toxumaların və damarların vəziyyəti bu vitamindən asılıdır.

Bədəndə interleykinlər çatışmadıqda insan sürətlə və tez qocalır.

İnterleykinlərin hasili üçün də K vitamini lazımdır.

K vitamini ilə yaşıl yarpaqlı tərəvəzlər və bütün göyərtilər zəngindir.