Bu vitaminlər xərçəngə səbəb ola bilər

  • 2023.02.17 15:38
  • 3140 Baxış
Bu vitaminlər xərçəngə səbəb ola bilər


Endokrinoloq, diyetoloq Amton Polyakov B qrup vitaminlərin özbaşına qəbuluna qarşı çıxıb.

Bakupost.az xəbər verir ki. həkim Polyakov müəyyən qida əlavələrinin xərçəngə səbəb olduğunu bildirib.

“ B vitaminlərinin yüksək dozası və əlavələr xərçəng riskini artırır. Bir qayda olaraq ucuz vitaminlərin qaydasız qəbulu kanserogen təsir göstərir. Dərmanların bu cür qəbulu metilasiya dövrünü (DNK sintezini) poza bilər.

DNT sintezi zamanı B vitaminləri qrupu iştrak edir, lakin bu vitaminlərin zəif sovrulması səbəbindən alternativ və biokimyəvi proseslərdə genetik parçalanmalar meydana gəlir. Bu zaman DNT –nin yığılması prosesi uğursuzluğa düçar olur. Bu səbəbdən onkoloji də daxil olmaqla mutasiyaların yaranmasına gətirib çıxardır “ – deyə həkim bildirib.

Həkimin fikrincə, buna baxmayaraq vitaminlərin qəbulu şişlərin yaranmasında əsas səbəb deyil.

Polyakov qeyd edib ki,həkimlərin təyin etdiyi dərmanlar arasında xərçəngə səbəb digər preparatlar da var.