Bu xəstəxanaya yeni baş həkim təyin edildi

  • 2020.05.16 16:23
  • 3392 Baxış
Bu xəstəxanaya yeni baş həkim təyin edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Əmrə əsasən, Zeynalov İftixar Əli oğlu Goranboy Rayon Mərkəzi Xəstəxanası - Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, İ.Zeynalov 2007-2015-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.