Bu xoşbəxt hadisələr stresi artırır

  • 2023.05.16 14:41
  • 1138 Baxış
Bu xoşbəxt hadisələr  stresi artırır
Bəzən düşünürük ki, problem yaşamasaq, bədənimiz stresə düşməz. Amma xoşbəxt hadisələr belə, nə qədər məntiqsiz görünsə də, acı emosiyalara və stressə səbəb ola bilər.


“Medicina” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaz keçid dövrü psixikanı yükləndirir. Əgər insan həssasdırsa, o zaman ən firavan, xoşbəxt göründüyü anda belə stress yaşaya bilər.


Psixiatrların fikrincə, insanın gündəlik rejimini və halını pozan hər şey stres reaksiyasına səbəb ola bilər. Belə şəraitdə hətta çoxdan gözlənilən həftə sonu, istirahət belə stressdir.

Bazar günü işləyən insanlar üçün istirahət günü deyil, onlar növbəti iş həftəsi ilə bağlı narahatlıq səbəbindən hələ də gərgin qalırlar.


Digər güclü stress faktoru yeni bir iş və ya yüksəliş əldə etməkdir. Araşdırmalar göstərib ki, yaşanan stressin şiddəti baxımından boşanmadan sonra ikinci yerdə durur.

Hətta çox arzulanan sevgi hissi bədəni asanlıqla stresli vəziyyətə sala bilər. Qorxu, narahatlıq, hormonal səviyyələrdə və əhval-ruhiyyədə tez-tez dalğalanmalara səbəb olur.

Ən stresli günlərdən biri də ad günüdür. Hədiyyələrə, təbəssümlərə və təbriklərə baxmayaraq, doğum günü bir insanın həyatındakı ən stresli hadisədir. Bir çox insanlar üçün yubiley qocalmanın və ölümə yaxınlığın rəqəmi olduğu üçün onu depressiyaya salır.

Ona görə də həyatda heç nə stresssiz başa gəlmir.

Günay Quluzadə