Bundan sonra evdə kovid testlərinin nəticələri də qeydə aılnacaq

  • 2022.02.14 16:04
  • 2655 Baxış
Bundan sonra evdə kovid testlərinin nəticələri də   qeydə aılnacaq
Apteklərdə satılan kovid ekspress testlərinin də nəticələri rəsmi statistikaya daxil ediləcək.

Medicina.az xəbər verir ki, artıq Rusiyada kovid testi ekspress metodla müsbət çıxanlar da PZR testdə olduğu kimi rəsmi siyahıya alınıb müalicəyə cəlb olunacaq.

“Ölkənin baş sanitar həkiminin rəyi ilə 4 fevral qərarına əsasən ekspress testlərdə çıxan nəticələr PZR test olmadan da qəbul ediləcək”.


Bundan sonra rəsmi statistikada yoluxan vətəndaşlar siyahısında evdə ekspress test edib nəticəsi pozitiv çıxanlar da daxildir- deyə operativ ştabda bildiriblər.


Eləcə də ekspress testə əsasın yoluxub sağalmışlara immunitet sertifikatı da veriləcək.