Bütün ölkələrdə peyvəndləmə aparılmalıdır - ÜST

  • 22 Fev 2021 19:51
  • 680 Baxış
Bütün ölkələrdə peyvəndləmə aparılmalıdır -  ÜST
Dünyanın hər hansı bölgəsində koronavirusa qarşı peyvəndləmənin aparılmaması və ya yubadılması həmin xəstəliyin yeni növlərinin yayılmasına, mövcud dərmanların təsirini heçə endirməsinə gətirib çıxara bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə videosöhbətindən sonra jurnalistlərlə görüşü zamanı bildirib.


Suallara cavab verən təşkilat rəhbəri qeyd edib ki, bütün ölkələrdə peyvəndləmənin başlaması dünyanın ümumi mənafeyinə uyğundur.

“Bu virus hər yerdə məğlub edilməsə, biz onu dünya miqyasında məğlub edə bilmərik. Peyvəndləmənin keçirilməyəcəyi, yaxud təxirə salınacağı hər hansı yerlər koronavirusun yeni-yeni növlərinin çoxalması üçün meydana çevriləcək. Belə olarsa, tətbiq etdiyimiz dərmanlar faydasız ola bilər”, - diplomat vurğulayıb.

O həmçinin inkişaf edən ölkələrdə peyvəndləmənin aparılmaması səbəbindən həm də yüksək gəlirli ölkələr üçün ciddi problemlər yaranacağını dilə gətirib. Bununla bağlı o, həmin dövlətləri öz vətəndaşları ilə yanaşı, dünyanın bütün sakinlərinin də peyvəndlənməsinin vacib olduğunu başa salmağa çağırıb.