Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cahid Şahbazova cinayət işi açılıb, yoxsa yox?

  • 2025.07.14 14:40
  • 166 Baxış
Cahid Şahbazova cinayət işi açılıb,  yoxsa yox?

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılması ilə bağlı məlumat yayılıb.

"Medicina" xəbər verir ki, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb. Məlumatda qeyd olunub Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.

Lakin ı oftalmoloqun özü yox, köməkçisi Gülər adlı xanım bildirib ki, yayılan məlumatlar reallığı əks etdirmir:

"Həkim özü açıqlama vermək istəmir, amma bunu bildirim ki, Cahid Şahbazova cinayət işi açılmayıb. Bu, doğru məlumat deyil. O xəbəri kim, niyə yazıb, bilmirik. Xəbəri kopiyalayıb yayırlar, amma dəqiqləşdirmirlər". /oxu.az/