Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cahid Şahbazovun əməliyyat etdiyi qızın gözü tamam tutuldu - Şikayət

  • 2025.07.07 17:12
  • 224 Baxış
Cahid Şahbazovun əməliyyat etdiyi qızın gözü   tamam tutuldu - Şikayət


Xəbər verdiyimiz kimi, tanınmış oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi Humay Əliyeva sol gözünün görmə qabiliyyətindən məhrum olduğunu bildirib. Onun sözlərinə görə, “Caspian Hospital”da aparılan müayinə zamanı həkim tərəfindən yanlış diaqnoz qoyulub və bu, uğursuz əməliyyatla nəticələnib.


"Medicina" Bakuposta istinadən xəbər verir ki, Humay Əliyeva bu barədə sosial şəbəkələrdə yeni video müraciət yayıb.

O iddia edir ki, əməliyyatdan sonra sol gözü tamamilə tutulub:

"Cahid Şahbazovun etdiyi savadsız və uğursuz əməliyyat nəticəsində artıq bir ilə yaxındır ki, sol gözüm görmür. Bununla bağlı Səbail Rayon Prokurorluğuna müraciət etmişəm. Bildirilib ki, Cahid Şahbazov barəsində cinayət işi açılıb".

H.Əliyeva qeyd edir ki, ona işin iyun ayında yekunlaşdırılaraq məhkəməyə göndəriləcəyi deyilsə də, bu, hələ də baş verməyib:

"Tək istəyim odur ki, Səbail Rayon Prokurorluğu işimi tezliklə yekunlaşdırıb məhkəməyə təqdim etsin. Artıq bir ildən çoxdur ki, eynəksiz çölə çıxa bilmirəm. Həm iş, həm də sosial həyatımdan tamamilə məhrum olmuşam. Cahid Şahbazovun etdiyi əməliyyat üzündən böyük kompleks yaşayıram".


İddialarla bağlı Cahid Şahbazovun köməkçisi yerli mətbuata sözügedən informasiyadan xəbərdar olduqlarını, lakin Cahid Şahbazovun açıqlama vermək istəmədiyini deyib.

MEDİCİNA.AZ