Xalq artisti Canəli Əkbərovun səhhəti ilə bağlı xəbər var.
Medicina.az xəbər verir ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən xanəndə artıq evə buraxılıb.
Bu barədə əməkdar artist Babək Niftəliyev öz sosial şəbəkə hesabında xəbər verib. O, C.Əkbərovu ziyarət edib və onun səhhətinin yaxşı olduğunu vurğulayıb:
"Ustadım, Xalq artisti, şöhrət ordenli Canəli Əkbərovu ziyarətə gəldim. Allah şəfanı versin, ustadım"
Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir müddətdir Mərkəzi Klinik Xəstəxanada müalicə alır, həkimlər ona ürək insultu diaqnozu qoyub.