Cavanşir Quliyevin vəziyyəti necədir?

  • 2024.02.09 14:16
  • 1014 Baxış
Cavanşir Quliyevin vəziyyəti  necədir?
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşılaşır.

Medicina.az xəbər verir ki, bu barədə APA-ya bəstəkarın ailə dostlarından biri bildirib.


Onun sözlərinə görə, Cavanşir Quliyev səhhəti ilə bağlı tezliklə özü məlumat verəcək.

Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı bildirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.