Çayxanada koronavirus xəstəsi aşkarlandı

  • 2021.10.19 15:01
  • 1365 Baxış
Çayxanada koronavirus xəstəsi aşkarlandı

Qaxda koronavirus xəstəsi çayxanada aşkarlanıb.

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qıpçaq kənd sakini Tural Abdıyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisindəki çayxanada aşkarlanıb. İnfeksiyanın yayılmasına şərait yaradan T.Abdıyev tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Onun barəsində Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.