Cəmi 2 saat stress insanın DNT-nə təsir edir

  • 2023.11.17 15:24
  • 1252 Baxış
Cəmi 2 saat  stress insanın DNT-nə  təsir edir

Stresin azı-çoxu yoxdur, ən qısa stress belə orqanizmə təsirini göstərir.

“Medicina” xəbər verir ki, Sankt-Peterburq alimləri 2 saatlıq stresin sümük iliyi DNT-ni zədələdiyini sübut edib.

Bu dəyişim bədxassəli mutasiyalara səbəb ola bilər.

“Alimlər ilk dəfə müşahidə edib ki, bu zədələnmə hətta qoxu stresi ilə də yarana bilər.

Beyinin müəyyən hissələrində stress hormonu sintezi və genomun dəyişimi ilə əlaqə tapılıb.

Bu kəşf stressin yaradacağı patoloji prosesləri blok edəcək dərman və müalicə tapmağa kömək edəcək.

Əvvəl hesab edilirdi ki, qısa müddətli 2-3 saatlıq stress DNT-ə kimi təsir etmir və orqanizm ona adaptasiya olunur.

Amma siçanlar üzərində təcrübə göstərib ki, stressə reaksiya və qaçışlar 2 saat çəkərsə, genomun dəyişimi başlayır.

Fiziologiyada stresin mutasiyalara səbəb olması 1950-ci illərdən öyrənilir.

Aygün