Texas sakini (ABŞ) kiçik qəpiklə 200 dollarlıq sürət həddi cəriməsi ödəməklə etiraz edib.
Medicina.az xəbər verir ki, Friskodan olan Brett Sanders bir az sürət həddini aşdığını iddia edir və cəriməni şantajdan başqa bir şey adlandırmır.
O,, əvvəlcə yerli banka gedib dollarlarını qəpiklərlə dəyişib. Aldığı qəpiklər iki böyük vedrəyə sığıb.
Kişi hər vedrəyə "Şantaj haqqı" yazıb, şəhər məhkəməsinə gəlib və kassada təxminən 22.000 qəpik verib.
İki vedrə qəpikin sayılması təxminən üç saat çəkib və nəticədə təxminən 8 dollar artıq ödəniş olub.
Brett dərhal artıq ödəniş barədə məlumatlandırılıb, lakin o, pulu geri almaqda maraqlı olmadığını bildirib.
Aygün Musayeva