Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı

  • 2026.07.01 13:27
  • 144 Baxış
Ceyhun Salmanov və əməkdaşları  azadlığa buraxıldı

“Qurtuluş” Reabilitasiya Mərkəzinin adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə cinayətlərində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşının məhkəmə araşdırması başa çatıb.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinfə keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Ceyhun Salmanov, Elşən Məhərrəmov və Natiq Əliyev verilmiş ittihamlarla təqsirli biliniblər.

Onlara 3 il 6 aya kimi azadlıqdan məhrum etmə cəzası təyin edilib. Lakin hər birinin cəzası şərti hesab edilib.

Üçü də məhkəmə zalından azadlığa buraxılıb.