Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çimərlikdə isti qarğıdalı yemək olmaz

  • 2025.07.14 14:47
  • 190 Baxış
Çimərlikdə isti qarğıdalı yemək olmaz


Çimərlikdə sevimli qidalardan biri də qaynar qarğıdalı bişmişidir.
Lakin qarğıdalı isti havada ciddi problem yarada bilər.

“Medicina” xəbər verir ki, qida sənayesi üzrə dosent Dmitriy Bıstrov iştahaçıcı dadına baxmayaraq, isti qarğıdalının qida zəhərlənməsi yarada biləcəyini bildirib.


Ekspert bildirib ki, çimərlik qarğıdalısının əsas təhlükəsi onun hazırlanması və saxlanması zamanı sanitar normaların pozulmasıdır. Elə çimərlikdəcə qarğıdalıları yumadan çirkli qazanda bişirə bilət.

Bundan əlavə, qarğıdalı bakteriyaları daşıyan milçəkləri və digər həşəratları cəlb edir.


"Qarğıdalı bişəndə çoxlu duz və yağ əlavə olunur ki, bu da hipertoniya və böyrək xəstəliyindən əziyyət çəkənlər üçün zərərlidir. Qarğıdalıda çoxlu lif var ki, lakin həddindən artıq yeyildikdə şişkinlik, ağırlıq və köp əmələ gəlməsinə səbəb ola bilər. Xüsusən dənizə girən insan üçün bu hal təhlükəlidir. Qastrit, xora və ya pankreatitli insanlar bu cür qidalardan uzaq durmalıdırlar”.

O, həmçinin həddindən artıq sarı, həddindən artıq qızmış və ya köhnəlmiş qarğıdalı yeməməyi tövsiyə etdi. Ürəyiniz qarğıdalı çəkirsə, onu evdə təmiz şəkildə bişirib yeyin.

Aygün Musayeva