Çimərlikdə spirtli içki içmək təhlükəlidir - Kardioloq

  • 2023.08.14 15:43
  • 1534 Baxış
Çimərlikdə spirtli içki içmək təhlükəlidir   - Kardioloq

Qızmar gün altında, istidə, çimərliklərdə, hovuz kənarında alkoqol qəbulu ölümcül təhlükəlidir.

Çünki bu içki bədəndə su ehtiyatını tükədir.
Bu, ağız quruluğu və baş ağrısı kimi problemlərə səbəb ola bilər. Həmçinin alkoqol və isti havanın birləşməsi intoksikasiyanın artmasına səbəb ola bilər.



"Medicina" xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib.



"Spirtli içki ürək-damar sistemini yükləyir və su-duz balansını pozur.



İsti günəş altında alkoqol qəbulu infarkt riskini daha da artırır.



Həddindən artıq gün işığına məruz qalmaq onsuz da özlüyündə bir risk olsa da, alkoqol qəbulu ilə vəziyyəti daha da pisləşdirə bilərsiniz. Qan səviyyəsində ani dəyişikliklər və həddindən artıq yorğunluq nəticəsində arzuolunmaz infarkt keçirmə riskinizi artırmış olarsınız".

Aygün M.

Çimərlikdə spirtli içki içmək təhlükəlidir   - Kardioloq