Son zamanlar sosial mediada dəbdə olan kabak qabığı üsulu təbii şəkildə qaralmaq istəyənlərin bir nömrəli seçimləri arasındadır.
Medicina.az xəbər verir ki, qaralmaq üçün çimərliyə getməzdən əvvəl kabak qabığı üsulunu tətbiq edirlər.
Görənləri heyran edən bu təbii üsul xüsusilə sosial mediada sürətlə yayılaraq yeni gözəllik trendinə çevrilib.
Dəriyə çəkilən təzə kabak qabığının tərkibindəki təbii fermentlər və beta-karotin sayəsində dəri rəngini bərabərləşdirdiyi, günəşə məruz qaldıqda qaralmanı sürətləndirdiyi iddia edilir.
Kabak qabığı çəkənlərin əksəriyyəti təbii parlaqlıq və yumşaqlıq qazandıqlarını, günəş vannası qəbul etdikdən sonra dərilərinin daha canlı göründüyünü deyirlər.
Bitki mənşəli məhsulların nəzarətli istifadəsi ilə bağlı açıqlamalar verən bəzi dermatoloqlar, kabak qabığında olan vitaminlərin dərini qidalandıra bildiyini, lakin bu üsulun hər kəs üçün uyğun olmaya biləcəyini bildirirlər. Xüsusilə həssas dərilərdə allergik reaksiya riskinin ola biləcəyi xəbərdarlığı edilir.
Aygün
Medicina.az