Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin istehsalı süni yumurtaların zərəri varmı?

  • 2024.01.18 19:25
  • 1417 Baxış
Çin istehsalı  süni yumurtaların zərəri varmı?

Son zamanlar internetdə Çində istehsal olunan süni yumurtaların videoları yayılır, hətta satışda da bu yumurtaların olduğu danışılır.


“Medicina” xəbər verir ki, dietoloq Polina Juravleva süni yumurta barədə miflərə aydınlıq gətirib.


“Norma çərçivəsində yedikdə, bu yumurtalar sağlamlıq üçün elə də təhlükəli deyil, hətta bəzi hallarda adi toyuq yumurtasından faydalı da ola bilər.


Süni yumurta təbiidən fərqli olaraq, adətən bitki tərkibli – soya zülalı və digər bitki inqridiyentlərindən hazırlanır.

Bu tərkib isə insan orqanizminə yad deyil, az miqdarda yeyilsə faydalıdır. Çünki orqanizmə zülal lazımdır”.

Amma Çindən də olsa o yumurtaların istehsal şirkəti və tərkibi aydın olmalıdır. Kütləvi olaraq ucuz başa gələn süni yumurtada dadlandırıcı, konservantlar ola bilər. Toyuq yumurtasına allergiyası olanlara bu yumurta alternativ ola bilər.

Aygün Musayeva