Çin və Rusiya birgə vaksin hazırladılar

  • 2021.07.07 09:43
  • 1407 Baxış
Çin və Rusiya birgə  vaksin hazırladılar
Çin və Rusiya mütəxəssisləri koronavirusa qarşı yeni peyvəndin birgə işlənməsi prosesini başa çatdırıblar.

Medicina.az xəbər verir ki, bu barədə “İnterfaks”a Çinin Moskvadakı səfiri Çjan Hanhuey bildirib.

“İşlər Sankt-Peterburqda aparılıb və uğurla başa çatdırılıb. İndi istifadəsi üçün Rusiyanın icazə verən orqanları tərəfindən təsdiqlənməsi gözlənilir”, - Çin diplomatiyasının rəhbəri deyib.