Çində koronavirus yenidən alovlanır

  • 2022.03.18 14:35
  • 2343 Baxış
Çində koronavirus yenidən alovlanır
Çində son sutkada koronavirusa 2461 yoluxma qeydə alınıb. Bu barədə Çin Səhiyyə Komissarlığı məlumat yayıb.


Medicina.az xəbər verir ki, yoluxanların 1900 nəfərdən çoxu simptomsuz xəstələrdir. Statistikaya görə, yoluxanlardan 73 nəfəri xaricdən gələnlərdir. Ən ciddi vəziyyət Tsilin və Quandun əyalətlərindədir.

Statistikaya görə, Çində indiyədək 126 minədək insan koronavirusa yoluxub, 4636 nəfər ölüb.