Çində koronavirusun necə və niyə yarandığı araşdırılacaq – Beynəlxalq komissiya

  • 2020.12.18 15:40
  • 1151 Baxış
Çində koronavirusun necə və  niyə yarandığı araşdırılacaq  – Beynəlxalq komissiya

2021- ci ilin yanvarından Dünya Səhiyyə Təşkilatı Çinə beynəlxalq araşdırma qrupu göndərir.

Medicina.az xəbər verir ki, ekspertlər koronavirusun yarançası və mənbəyini təhlil edəcək.

Müxtəlif ölkələrin alimlərindən ibarət 15 nəfərlik komissiya insan və heyvanlardan alınmış nümunələri, virus materiallarını və bəzi laboratoriyaları yoxlayacaq. Eləcə də şəxsi müşahidələr aparacaq. Öz rəylərini hazırlayıb təqdim edəcək.


ABŞ bu tədqiqatın aparılmasında israrlıdır. O, hesab edir ki, ilk tədqiqatın Çinlilərə etibar edilməsi yanlış idi.
Vaşinqton aylardır ki, şəffaf araşdırma tələb edir və bunun üçün Çinli ekspertlər yox, müxtəlif ölkələrin nümayəndələrindən ibarət qrup təklif edir.

ÜST nümayəndəsi bildirir ki, aylardır ki, onlar Çin hökumətini ölkə ərazisində komissiyanın sərbəst işləməsi üçün şərtləri müzakirə edir və bəzi razılıqlara gəliblər.