Çində pandemiya başlayandan 2 il ərzində ən yüksək yoluxma qeydə alındı
Medicina.az xəbər verir ki, Çində son sutkada  20 614  yeni yoluxma halı qeydə alınıb ki, bu da pandemiya tarixində son 1 ildə antirekorddur.
 
Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumatında  19 199 nəfərin asimptomatik daşıyıcı olduğu, yalnız 1 415 nəfərdə xəstəliyin müəyyən əlamətlərinin olduğu bildirilir. 
Ən güclü epidemiyaları Şanxayda və Jilin əyalətində qeydə alınıb – yoluxanların təxminən 89 %-i orada yerləşir.