Çində quş qripindən ilk ölüm - ÜST-dən xəbərdarlıq

  • 2023.04.12 16:49
  • 897 Baxış
Çində quş qripindən ilk ölüm    - ÜST-dən xəbərdarlıq
Dünyada quş qripindən (H3N8) ilk insan ölümü baş verib. ÜST bu barədə məlumat yayıb.

"Medicina" xəbər verir ki, koronavirusda olduğu kimi bu dəfə də ilk ölüm Çində baş verib.

Çin Səhiyyə Komissiyası martın 27-də bir nəfərdə A (H3N8) virusunu aşkar edib. O, 56 yaşlı qadın idi.

Ağır pnevmoniya və qızdırma ilə xəstəxanaya yerləşdirilən qadın vəfat edib.


Bundan əlavə Çində 3 nəfərdə quş qripi aşkarlanıb.

Hələ ki, həyəcan təbili vurulmağa tələsmirlər.

Aygün Musayeva