Çində son 2 ilin rekord yoluxması

  • 2022.03.07 10:58
  • 2021 Baxış
Çində son 2 ilin  rekord yoluxması

Çində son sutka ərzində 769 koronavirusa yeni yoluxma halı qeydə alınıb ki, bu da 2020-ci ilin fevral ayının sonundan bəri ən yüksək göstəricidir.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin bazar ertəsi dərc etdiyi məlumat göstərir.

Belə ki, virusa yeni yoluxanlardan 243-ü xaricdən gəlib. 327 nəfərdə hərarət, öskürək və halsızlıq aşkar edilib, qalan 442 nəfər asemptomatik daşıyıcıdır.

Rəsmi olaraq Çinin materik hissəsində bütün bu müddət ərzində asimptomatik daşıyıcıları nəzərə almasaq, 111,19 min insan xəstələnib.