Çində virus qurbanlarının sayı iki mini keçib

  • 2020.02.26 09:08
  • 1431 Baxış
Çində virus qurbanlarının sayı iki mini keçib

Çində koronavirus qurbanlarının sayı 2 715 nəfərə çatıb.

Medicina.az TASS-a istinadən xəbər verir ki, ölkədə 29,7 mindən çox insan xəstəlikdən sağalıb, virusa yoluxanların ümumi sayı 78 min nəfəri ötüb.

Yenilənmiş məlumatlara əsasən, ölkə üzrə koronavirusdan ölüm faizinin rəsmi göstəricisi bir gün əvvəlki 3,42%-in əvəzinə 3,47% təşkil edir.

Xatırladaq ki, Çində koronavirus ötən ilin sonunda yayılıb.