Çindəki tələbələrimiz Azərbaycana gətiriləcək - Danışıqlar başlayıb

  • 2020.01.27 12:13
  • 75824 Baxış
Çindəki tələbələrimiz Azərbaycana gətiriləcək  - Danışıqlar başlayıb
Yanvarın 27-də Təhsil Naziriliyində 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransı keçirilib. Konfransda təhsil naziri Ceyhun Bayramov çıxış edərək bir sıra mövzulara toxunub.

Diqqətdə olan məsələlərdən biri, Çindəki korona virusu və oradakı azərbaycanlı tələbələr barədə olub. Nazir Çində oxuyan tələbələrin vəziyyətindən söz açıb:

"Biz bu istiqamətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Çindəki səfirliyimizlə əlaqələr saxlıyırıq. Virus yayılan bölgədə yeddi tələbəmiz təhsil alır. Bilirsiniz ki, virus yayılan bölgələrdə Çin hökuməti karantin elan edib, giriş-çıxışı bağlayıb.
Lakin bizim ləbələrimizlə əlaqəmiz var.
Bu gün XİN-dən aldığımız məlumata əsasən Çin Xarici Işlər Nazirliyi ilə iclas keçiriləcək. Biz məsələni nəzarətdə saxlayırıq. Ondan sonra tələbələrin həmin bölgədən geri gətirilməsi ilə bağlı məsələlər artıq həllini tapacaq.

Məlumat üçün bildirim ki, hazırda Çində 60 nəfər nazirliyin xətti ilə təhsil alır. Ümumilikdə isə bu ölkədə 500 tələbəmiz var".

Afaq Rza