Çindən gələn həkimlər Respublika Klinik Xəstəxanasında olub - FOTO

  • 2020.08.11 11:17
  • 2448 Baxış
Çindən gələn həkimlər Respublika Klinik Xəstəxanasında olub  - FOTO
Çindən Azərbaycana gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.

Medicina.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılan şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar.

Eyni zamanda TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəyə göndərib.