Çindən sevindirici xəbər: 130 nəfər koronovirusa qalib gəldi

  • 2020.01.31 09:55
  • 6737 Baxış
Çindən sevindirici xəbər:   130 nəfər koronovirusa qalib gəldi
Çində 130-dan çox insan ölümcül virusdan qurtularaq sağalıb.

Medicina.az TASS agentliyinə isatinadən xəbər verir ki, Çinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nüməyəndəsi Çjan Çzyun bildirib ki, koronavirusla mübarizə ölkənin əsas prioritetidir və bu istiqamətdə artıq ilkin addımlar atılıb.

“Əvvəl mütəxəssislər virusun təbiətini və onunla necə mübarizənin aparmağın yollarını bilmirdilər. İndi isə bu istiqamətdə irəliləyiş var və bu virusu digər oxşar xəstəliklərdən ayırd edə bilirlər. Bunun sayəsində artıq 130-dan çox insan bu təhlükəli xəstəlikdən sağalıb”, - deyə Ç.Çzyun bildirib.