Çinin nəhəng şəhəri koronavirusa görə bloklandı- Yoluxma artır

  • 2022.03.29 15:50
  • 1283 Baxış
Çinin nəhəng şəhəri koronavirusa görə bloklandı - Yoluxma artır

Çin hökuməti Şanxayı bağladı: yoluxma artır


Çinin nəhəng ticarət şəhəri olan Şanxay 28 martdan etibarən qapanmalara gedir.

Bakupost.az xəbər verir ki, artıq şəhər əhalisinin kütləvi testdən keçirilməsinə başlanılır. Bu ciddi rejim bitənə qədər şəhərin bəzi rayonlarının əhalisi evlərindən çıxa biləcəklər.

Sinxua agentliyinin məlumatına görə, şəhər rəhbərliyi bir neçə rayonda koronaya yoluxma aşkarladığına görə əhalinin sağlamlığını qorumaq məqsədi ilə təcili tədbirlərə başlayıb.

Şanxayda yalnız vacib sahələr işləyəcək. Qalan bütün idarə və ofislər onlayn rejimə keçir, şəhər nəqliyyatı bağlanır. Şanxay rəsmiləri şəhərdə koronavirusa yoluxmanı tezliklə sıfıra endirmək istəyir.

Qeyd edək ki, pandemiya dövründə Şanxay şəhəri cəmi 2 dəfə sərt qapanmalara gedib.

Aygün
BakuPost