Cinsi həvəsi azalan insanların ürəyi təhlükədədir- Yapon alimləri

  • 2023.02.09 15:24
  • 2131 Baxış
Cinsi həvəsi azalan insanların ürəyi təhlükədədir - Yapon alimləri

Kişilərdə cinsi marağın olmaması xəstəliklərdən ölüm riskini artırır.

"Medicina" xəbər verir ki, Yaponiyanın Yamaqata Universitetinin alimləri cinsi istəksizliyin yaxın gələcəkdə ürək-damar və xərçəng xəstəliyinə gətirib çıxara biləcəyini sübut edib.


Araşdırmada 20 969 nəfər ştirak edib. Cinsi maraq səviyyəsi sorğudan istifadə edilməklə, onlarla ölüm nisbəti arasındakı əlaqə modelləşdirilib.

Tədqiqat dövründə bu qədər insandan 503 nəfər ölüb, 67 ölüm ürək-damar xəstəlikləri, 162 nəfər isə xərçəng olub.

Təhlillərin nəticələri göstərib ki, cinsi marağı olmayan kişilər arasında xərçəngdən ölüm halları əhəmiyyətli dərəcədə artır.