Cinsi həyatı aktiv olmayan kişilərdə nə baş verir?

  • 2022.09.13 15:57
  • 2733 Baxış
Cinsi həyatı aktiv olmayan kişilərdə  nə baş verir?


Cinsi həyatın uzun müddət olmaması kişinin sağlamlığına ciddi mənfi təsir edir.



"Medicina" xəbər verir ki, həkimlərin sözlərinə görə, kişi əsəbi, gərgin, aqressiv olur, onun yuxusu pozulur, iş qabiliyyəti azalır, nevroz, hətta depressiya inkişaf edə bilər. Bu isə öz növbəsində ürək-damar sistemi xəstəliklərinin riskini artırır.


Digər tərəfdən cinsi həyatın olmaması kişinin cinsiyyət sisteminin sağlamlığı üçün da çox ziyanlıdır. Belə ki, bu zaman prostat vəzidə durğunluq əmələ gəlir ki, bu durğunluq fonunda prostatin və s. prostat vəzi xəstəlikləri inkişaf edə bilər.


Normal cinsi həyatının olmaması prostatit, cinsi zəifliyinin və impotensiyanın əsas səbəblərindən biridir.

Aygün Musayeva