Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi münasibətdən sonra bunu edin – Kişilərin diqqətinə

  • 2025.07.09 22:43
  • 168 Baxış
Cinsi münasibətdən sonra  bunu edin  – Kişilərin diqqətinə


Kişilər və qadınlar cinsi əlaqədən sonra mütləq buna əməl etməlidir.

“Medicina” xəbər verir ki, kliniki psixoloq və seksoloq Visente Briet cinsi əlaqədən sonra infeksiyaların qarşısını almaq üçün sadəcə bir şey etməyi tövsiyə edib.


Briet həm kişi, həm də qadınları cinsi əlaqədən dərhal sonra tualetə getməyə çağırıb. Bu, sidik yollarının infeksiyalarının qarşısını almaq üçün lazımdır. Bu məsləhət xüsusilə qadınlar üçün aktualdır.

Seksoloq öz sözlərini təsdiqləmək üçün alimlərin nəticələri 2002-ci ildə dərc edilmiş tədqiqatına istinad edib.

Mütəxəssislər sübut ediblər ki, cinsi əlaqədən sonra ilk 15 dəqiqə sidik ifrazı olarsa, sidik-cinsiyyət orqanlarının xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.


Aygün Musayeva