Çipsi və suxarılar insanı koronavirusa yoluxdura bilər - ALİMLƏR

  • 2020.05.16 16:16
  • 1570 Baxış
Çipsi və suxarılar insanı koronavirusa yoluxdura bilər    - ALİMLƏR

Hazır qablaşdırılmış məhsullarla qidalanmaq koronavirusa yoluxma riskini artırır.

Medicina.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri xəbərdarlıq ediblər.

Onların fikrincə, ümumi paketdən və ya qablardan yeyərkən infeksiyanın ötürülmə ehtimalı artır. Bu səbəbdən, başqa insanların da əl uzatdığı çips, fındıq, suxarı və digər qəlyanaltıların istehlakından çəkinmək lazımdır.

Mütəxəssislərin sözlərinə görə, virus yalnız hava-damcı yolu ilə deyil, həmçinin təmas yolu ilə, o cümlədən məişət əşyaları vasitəsilə də ötürülür.

Elm adamları hər hansı səthlə, həmçinin ictimai yerlərdə olan əşyalarla təmasın minimuma endirilməsini tövsiyə ediblər.