COVID-19-la bağlı rəqəmlər ARTIR: 75 milyon...

  • 2020.12.18 09:32
  • 1055 Baxış
COVID-19-la bağlı rəqəmlər ARTIR:  75 milyon...

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 75 milyon 282 min 798 nəfərə çatıb.

"Worldometers" saytı xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 668 min 356 nəfərdir. İndiyədək 52 milyon 852 min 602 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.