COVID-19-un “delta” növü 134 nəfərdə aşkarlandı - Türkiyədə

  • 2021.06.23 17:41
  • 1370 Baxış
COVID-19-un “delta” növü 134 nəfərdə aşkarlandı -  Türkiyədə
Türkiyədə 134 nəfərdə koronavirusun Hindistanda meydana çıxan “delta” ştammına yoluxma faktı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca AK Partiyanın Baş qərargahında millət vəkilləri ilə keçirilən iclasda açıqlama verib.

İclas zamanı Fəxrəddin Qoca səhiyyə siyasəti, 1 iyul tarixindən etibarən başlayacaq normallaşma prosesi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün elan etdiyi “TurkoVac” peyvəndinin 3 mərhələ sınaqlarının başlaması ilə əlaqədar aparılan işlər barədə məlumat verib.

Bundan əlavə səhiyyə naziri Hindistanda meydana gələrək dünyada yayılmağa başlayan koronavirusun “delta” növünə Türkiyədə 134 nəfərin yoluxduğunu bildirib.

3.5 saat davam edən iclasdan sonra heç bir rəsmi açıqlama verilməyib.