“COVID-19"-un yeni növü artıq başqa ölkələrə keçib- XƏBƏRDARLIQ

  • 2020.12.21 14:53
  • 1187 Baxış
“COVID-19"-un yeni növü artıq başqa ölkələrə keçib -  XƏBƏRDARLIQ

Böyük Britaniyanın Nəqliyyat naziri Grant Şaps bildirib ki, koronavirus infeksiyasının yeni növü Birləşmiş Krallığın sərhədlərini aşıb.


“Həqiqət budur ki, virus artıq başqa ölkələrdə də ola bilər, biz onun digər ölkələrdə də mövcud olduğunu bilirik”, deyə Böyük Britaniyanın Nəqliyyat naziri söyləyib.

Qeyd edək ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.

Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.