Covid qarşısını almadığımız sonuncu pandemiya olmalıdır - BMT-nin baş katibi

  • 2021.10.27 17:38
  • 1154 Baxış
Covid qarşısını almadığımız sonuncu pandemiya olmalıdır -  BMT-nin baş katibi
COVID-19 pandemiyasına qarşı mübarizədə nəzərə alınmamış məqamları analiz etmək və yeni epidemioloji çağırışlara hazır olmaq lazımdır.


Medicina.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş özünün tviter səhifəsində yazıb.

“Hazırda dünyada pandemiya ilə mübarizədə buraxılan səhvlərin təkrarlanmasının qarşısını ala biləcək müasir və müvafiq şəkildə maliyyələşən hazırlıq sisteminə ehtiyacımız var”, - deyə Antoniu Quterreş bildirib. Onun sözlərinə görə, bu, qarşısını vaxtında ala bilmədiyimiz sonuncu pandemiya olmalıdır