Duz istehlakı ilə yoxsulluq arasında əlaqə aşkar edilib.
“Medicina” xəbər verir ki, Böyük Britaniyada (Uorvik Universiteti) alimlərin araşdırmasına görə, duzlu məhsulların çox istehlakı bir insanın sosial statusunun əlaməti ola bilər.
Alimlər ilk növbədə öz ölkələrinin əhalisinin müxtəlif qrupları arasında duz istehlakının xüsusiyyətlərini müəyyən ediblər. Bundan sonra peşələrlə əlaqələri, insanların təhsil səviyyəsini müəyyənləşdiriblər.
Tədqiqatın nəticələri aydın şəkildə göstərir ki, maliyyə vəziyyəti sabit olmayan britaniyalılar nisbətən aşağı keyfiyyətli ərzaq məhsulları alıblar. Bu kateqoriyalı məhsullarda çoxlu kalori və duz, nitrat var.
"Kasıblar qeyri-sağlam qidalar yeməyə meyllidirlər".
Cəmiyyətdə daha yüksək sosial-iqtisadi statusa malik insanlar daha az duz edir.
Alimlər qeyd edirlər ki, məhz bu insanlar yüksək qan təzyiqi (hipertoniya), insult, infarkt və böyrək çatışmazlığından əziyyət çəkirlər.
Aygün Musayeva