İspaniyalı həkim İzabel Vinya xəbərdarlıq edib ki, xüsusilə qaçış, velosiped və triatlon kimi dözümlülük tələb edən idman növləri ilə intensiv məşğul olmaq dəmir çatışmazlığı riskini artıra bilər.
Medicina.az xəbər verir ki, güclü tərləmə, uzunmüddətli fiziki yüklənmə və bəzi hallarda bağırsaqlarda yaranan mikrotravmalar dəmir itkisinə səbəb ola bilər. Bundan əlavə, intensiv məşqdən sonra dəmirin bağırsaqlardan sorulması da müvəqqəti olaraq azala bilər.
Dəmir çatışmazlığı zamanı davamlı yorğunluq, ayaqlarda ağırlıq, tez təngnəfəslik və məşqdən sonra uzunmüddətli bərpa kimi əlamətlər yarana bilər.
Həkim belə şikayətləri olan şəxslərə qan analizləri, xüsusilə hemoglobin və ferritin göstəricilərini yoxlatmağı tövsiyə edir. Dəmir preparatlarının isə həkim məsləhəti olmadan qəbul edilməsi məsləhət görülmür.
Xanım,
Medicina.az