Çoxlu vitamin qəbul etmək koronavirusdan sağaltmır - ALİMLƏR

  • 2022.02.21 11:59
  • 2048 Baxış
Çoxlu vitamin qəbul etmək koronavirusdan sağaltmır   -  ALİMLƏR

Kovidə yoluxduqdan sonra immuniteti möhkəmlətmək üçü təyin olunan əlavə vitamin və minerallar, BAD-lar xəstəliyin ağırlaşmasının qarşısını almır, çox zaman xəstəliyin gedişini dəyişmir.

Medicina.az xəbər verir ki, pandemiya başlayandan bir çox həkimlər, eləcə də mətbuat C vitamini, D vitamini, bəzi vitamin qarışımlarının, sinkin guya koviddən sağaltması barədə açıqalmalar yaydı. Xəstələr test müsbət çıxan kimi vacib dərmanları qoyub, üstünlüyü yüksək dozada vitaminlərə verdilər.


Cəmiyyətdə belə fikir formalaşdı ki, microelement və vitaminlər immuniteti möhkəmlədir. Lakin zaman keçdikcə kovidin müalicəsində vitaminlərin və əlavələrin effektivliyinin olmaması sübut olundu.

ABŞ-ın Toledo Universitetinin alimləri bu məsələyə dəqiq aydınlıq gətirmək üçün 26 elmi araşdırmanın nəticəsini təhlil edib.
Ümumilikdə 5600 nəfər xəstəxanada yatan kovidli xəstənin tibbi məlumatları əhatə olunub.

Araşdırma zamanı yüksək dozada vitaminin, sinkin, selenin ağırlaşma və ölüm göstəricilərini azaltmadığı meydana çıxıb.
Vitamin və minerallar xəstələrin İVL aparatına qoşulmasının belə qarşısını almayıb.


Ona görə də çox vitamin içsəm koviddən sağalacam fikri mifdir.