Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

D vitamini çatışmazlığından uzandığı yerdə – sümüyü sındı

  • 2025.06.10 17:18
  • 265 Baxış
 D vitamini çatışmazlığından uzandığı yerdə  – sümüyü sındı


Çinli qadın yatağında sadəcə fırlanmaqla sümüyünü sındırıb və bu vəziyyət həkimləri təəccübləndirib.


“Medicina” xəbər verir ki, 48 yaşlı qadında D vitamini həddən artıq aşağı olub və bu, sümük əriməsini sürətləndirib və ağır osteoporozun inkişafına səbəb olub.

Əlavə araşdırmalar göstərdi ki, xəstə uşaqlıqdan günəş işığından qaçır, nadir hallarda qısaqol paltar geyinir və çölə çıxarkən həmişə günəşdən qoruyucu vasitələr tətbiq edir.


Doktor Long Şuanq tərəfindən paylaşılan ekstremal hadisə Çinli qadınların açıq dəriyə sahib olmaq istəyinin sosial normalara uyğunlaşmasının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini önə çəkib.

Həkim qadınlara mütləq günəşdə olmağı tövsiyə edib.

Aygün Musayeva