"D vitaminim sıfıra düşmüşdü" - Aşıq Zülfiyyə

  • 2024.01.16 15:48
  • 903 Baxış
"D vitaminim sıfıra düşmüşdü"  - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb.

"Medicina" xəbər verir ki, sənətçidə kəskin D vitamini çatışmazlığı var.

" Səhhətimdə problem var. Hazırda müalicə olunuram. Həkimin dediyinə görə, insulin dirənci pozulub və D vitamini ümumiyyətlə sıfıra düşüb. Bu səbəbdən bədənimə şişkinlik də verir".